Amerika Birləşmiş Ştatlarının Tennessi ştatında silahlı şəxs kilsəyə hücum edib. Amerika Birləşmiş Ştatlarının Tennessi ştatında silahlı şəxs kilsəyə hücum edib.

Silahlı şəxs kilsəyə hücum etdi – 1 ölü, 7 yaralı

Amerika Birləşmiş Ştatlarının Tennessi ştatında silahlı şəxs kilsəyə hücum edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, maskalı şəxs kilsədə qarşısına çıxan hər kəsə atəş açıb. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis bildirib ki, hücum zamanı kilsədə 42 nəfər olub. Məlumata görə, silahlı şəxs daha çox insan öldürə bilərmiş. Lakin kilsənin qapıçısı buna imkan verməyib. O, dərhal avtomobilindən öz silahını gətirərək insanları müdafiə edib. Atışma zamanı silahlı şəxs özünü də yaralayıb. Daha sonra polis hadisə yerinə çataraq vəziyyəti nəzarətə götürüb.

Artıq cinayətkarın kimliyi də müəyyən edilib. O, Emmanuel Kideqa Samson adlı şəxsdir. Cinayətin motivləri isə hələlik məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az