19:38
(077) 610-22-33

Kataloniyada kütləvi tətillər gözlənilir - “Barcelona” futbol klubu da tətillərə qoşulacaq

  • >
2 202 3 Oktyabr 2017 12:05 | Dünya

İspaniyanın Kataloniya muxtar regionunda keçirilən referendumdan sonra indi də kütləvi tətillərin başlayacağı gözlənilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Həmkarlar İttifaqı bu barədə çağırışlar edib.

Tətil edən işçi qrupları arasında, əsasən, ictimai nəqliyyat sürücüləri, müəllimlər və həkimlər yer alır. Eyni zamanda, “La Liqa”nın məşhur futbol klubu “Barcelona”nın, universitetlərin və incəsənət muzeylərinin də tətil edəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi Madrid bir qədər əvvəl Kataloniyada müstəqillik tələbi ilə keçirilən referendumun nəticələrini qanunsuz hesab edib.

Səsvermə polislə qarşıdurmalar fonunda keçmişdi.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X