Rusiya prezidenti Vladimir Putin “altılıq ölkələri” ilə İran arasında əldə olunan nüvə razılaşmasını dəstəkləyəcəyini bildirib. Rusiya prezidenti Vladimir Putin “altılıq ölkələri” ilə İran arasında əldə olunan nüvə razılaşmasını dəstəkləyəcəyini bildirib.

“İranla əldə olunan nüvə sazişini dəstəkləyəcəyik” – Putin

Rusiya prezidenti Vladimir Putin “altılıq ölkələri” ilə İran arasında əldə olunan nüvə razılaşmasını dəstəkləyəcəyini bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Rusiya Energetika Həftəsi Forumunda çıxışı zamanı bu barədə açıqlama verib.

“İran hələ ki, razılaşmanı yerinə yetirir. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müəyyən edir. Agentliyin bütün məruzələri onu göstərir ki, rəsmi Tehran bütün öhdəliklərini icra edir. Biz bu mülahizələrə əsaslanırıq və baxmayaraq ki, digər məsələlərə dair aramızda fikir ayrılığı var idi, biz sabiq ABŞ hökuməti ilə birgə əldə olunan razılaşmanı dəstəkləyəcəyik” – deyə Putin qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az