ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyaya təzyiq edilməsi mövzusunda razılığa gəlib. ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyaya təzyiq edilməsi mövzusunda razılığa gəlib.

Vəziyyət daha da gərginləşdi - ABŞ və Yaponiya razılığa gəldi

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyaya təzyiq edilməsi mövzusunda razılığa gəlib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe telefon danışığı zamanı Şimali Koreyaya təzyiq edilməsi mövzusunda görüşəcəkləri barədə razılığa gəliblər. Yapon hökümətinin rəsmisi tərəfindən verilən açıqlamada bildirilib ki, 12 dəqiqə davam edən telefon danışığı zamanı Abe Las Veqas faciəsində hayatını itirənlər üçün Trampa başsağlığı verib və Yaponiyanın daima Amerika vətəndaşlarının yanında olduğunu dilə getirib.

Son bir neçə həftə ərzində Şimali Koreya Yaponiya üzərindən 2 raket atıb və 6 nüvə sınağını həyata keçirib.

Digər tərəfdən, ABŞ prezidenti Tramp gələn ay Yaponiya, Çin, Cənubi Koreya, Vyetnam və Filippinə səfər edəcək.