Pedro Aqramuntun istefasından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə iki namizəd var. Pedro Aqramuntun istefasından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə iki namizəd var.

AŞPA prezidenti vəzifəsinə iki nəfər namizəd var

Pedro Aqramuntun istefasından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə iki namizəd var.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Stella Kiriakides (Kipr) və Emanuelis Zinqerisdir (Litva).

Xatırladaq ki, Assambleyanın prosedur qaydalarına uyğun olaraq, prezident oktyabrın 9-da Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Bu yolla seçilən prezident yanvarın 22-26-da Strasburqda keçiriləcək növbəti sessiyanın açılışına qədər vəzifədə qalır.

AzNews.az