Hicabdan imtina etdiyi üçün İranın şahmat üzrə milli komandasından kənarlaşdırılan 18 yaşlı Dorsa Derəxşani ABŞ yığmasında çıxış edəcək. Hicabdan imtina etdiyi üçün İranın şahmat üzrə milli komandasından kənarlaşdırılan 18 yaşlı Dorsa Derəxşani ABŞ yığmasında çıxış edəcək.

Hicabdan imtina edən iranlı şahmatçı ABŞ millisində çıxış edəcək

Hicabdan imtina etdiyi üçün İranın şahmat üzrə milli komandasından kənarlaşdırılan 18 yaşlı Dorsa Derəxşani ABŞ yığmasında çıxış edəcək.

“Report”un xəbərinə görə, Derəxşani ABŞ-da Sent-Luis Universitetində təhsil alır və şahmat üzrə yerli komandada oynayır.

Qeyd edək ki, cari ilin əvvəlində Cəbəlütariqdə keçirilən şahmat üzrə festivalda saçı hicabın altından çıxaraq, göründüyü üçün Dorsa Derəxşani İran millisinin tərkibindən uzaqlaşdırılmışdı. Onun 15 yaşlı qardaşı Borna turnirində İsrail şahmatçısı ilə qarşılaşıb. Ancaq İran hakimiyyəti bütün yarışlarda ölkə idmançılarına İsraildən olan həmkarları ilə qarşılaşmanı qadağan edib.

Xatırladaq ki, Dorsa Derəxşani Cəbəlütariqdə yarış keçirilən zaman İspaniyada təhsil alırmış.

Həmin vaxt İran Şahmat Federasiyasının başçısı Mehrdad Pəhləvanzadə şahmatçıların bu hərəkətinin ciddi araşdırlacağını söyləmişdi.

AzNews.az