23:49
(077) 610-22-33

ABŞ-ın bu ərazilərində fövqəladə vəziyyət elan edildi - Tramp xəbərdarlıq etdi

  • >
2 889 7 Oktyabr 2017 21:50 | Dünya

Mərkəzi Amerikada onlarla insanın həyatına son qoyan “Nate” qasırğası ilə əlaqədar ABŞ-ın 4 ştatında fövqəladə vəziyyət elan edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Nate” qasırğası ilə əlaqədar ABŞ-ın Luiziana, Missisipi, Alabama ştatları ilə Florida ştatının qərb hissəsində fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Donald Tramp twitter hesabında fəlakətin olması gözlənilən bölgələrdə yaşayan sakinlərə xəbərdarlıq edib:

" Luiziana, Missisipi, Alabama və Florida şəhərlərindəki hər kəs, yerli hakimiyyət orqanlarını dinləyin və təhlükəsiz qalın".

Bağla X