19:28
(077) 610-22-33

Əsəd: “Mən heyvan deyiləm”

  • >
403 21 Fevral 2013 10:28 | Dünya

“Dəməşqdəki klinikamda diş həkimi kimi çalışacam...”



Fevralın 20-də Suriya prezidenti Bəşər Əsəd Dəməşqdəki sarayında İordaniyadan gəlmiş nümayəndə heyətini qəbul edib.

Lent.az-ın "El Kuds El Arabi" qəzetinə istinadən verdiyi məlumata görə, postunu tərk etmək barədə düşünmədiyini dilə gətirən Bəşər Əsəd görüşdə 2014-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını söyləyib.

Suriya prezidenti bildirib ki, seçkilərə qatılmamağa qərar versə belə, Dəməşqi tərk etməyəcək: "Bura mənim vətənimdir, ailəm və dostlarım buradadır. Nə olursa olsun, xalqıma xidmətə davam edəcəyəm. Dəməşq Universitetində, daha sonra İngiltərədə tibb təhsili almışam. Prezident olmasam, Dəməşqdə öz klinikamda diş həkimi kimi çalışaraq suriyalılara xidmət edərəm".

Bəşər Əsəd ölkədə baş verən döyüşlərdə həlak olanlar üçün çox məyus olduğunu vurğulayıb: "Qətliam görüntüləri insanı çox incidir. Bəziləri mənim də ətdən, sümükdən ibarət olduğumu unudur. Mən vəhşi heyvan deyiləm, unutmayın ki, həkiməm, ölüm görmək məni məyus edir".

AzNews.az
Bağla X