Eks-prezident ölkədən qaçmaq istədi və tutuldu

Ukraynanın eks prezidenti Leonid Kuçma ölkəni tərk etmək istəyərəkən saxlanılıb. "Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Dövlət Siyasi İdarəsindən olan mənbə bildirib ki, Leonid Kuçma şəxsi təyyarəsi ilə "Kiev" aeroportu administrasiyasının icazəsi olmadan ərazini tərk etməyə cəhd edib.

Lakin informasiya hələ ki öz rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu sabiq prezindeti jurnalist Georgi Qonqadzenin qətlinin sifarişçisi olmaqda ittiham edib. Baş prokurorunun birinci müavini Renat Kuzmin bununla bağlı əllərində kifayət qədər faktların olduğunu bildirmişdi.

"Ukrainskaya pravda" internet portalının rəhbəri və hakimiyyət əleyhdarı kimi tanınan Georgi Qonqadze 2000-ci il sentyabrın 16-da yoxa çıxmış və 2 aydan sonra onun başsız cəsədi Kiyev yaxınlığındakı Taraşan meşəsində tapılmışdı.

AzNews.az