İspaniya polisi heyətində azərbaycanlı olan kokainla yüklü gəmini saxlayıb. İspaniya polisi heyətində azərbaycanlı olan kokainla yüklü gəmini saxlayıb.

Atlantik okeanında azərbaycanlı kokain qaçaqmalçısı həbs edildi

İspaniya polisi heyətində azərbaycanlı olan kokainla yüklü gəmini saxlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, gəmi oktyabr ayının 1-ində, Madeyra və Azor adaları arasında olan akvatoriyada həbs edilib.

Gəminin heyətində olan qaçaqmalçılardan biri Azərbaycan, digər 6 nəfər isə Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, kokainin həcmi 3.7 tondur. Polis bildirib ki, tacirlər kokaini satacaqları təqdirdə 262 milyon dollar qazanc əldə edəcəklərdi.

Bəxtiyar Abbasov

AzNews.az