ABŞ və Türkiyə arasında yaranan diplomatik gərginlik fonunda qonşu ölkədə dollar sürətlə bahalaşır. ABŞ və Türkiyə arasında yaranan diplomatik gərginlik fonunda qonşu ölkədə dollar sürətlə bahalaşır.

Türkiyədə dollar 1 gündə 6 faizdən çox bahalaşdı - ABŞ-Türkiyə gərginliyi

ABŞ və Türkiyə arasında yaranan diplomatik gərginlik fonunda qonşu ölkədə dollar sürətlə bahalaşır.

Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlikdir.

Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda, ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb.