Malavinin Mulance və Falombe şəhərlərində qaniçən insanlar peyda olub. Malavinin Mulance və Falombe şəhərlərində qaniçən insanlar peyda olub.

Malavidə vampirlər peyda olub – İki şəhərdə komendant saatı elan edildi

Malavinin Mulance və Falombe şəhərlərində qaniçən insanlar peyda olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Mozambikdən gəldiyi iddia edilən naməlum şəxslər şəhərdə sakinlərin canına qorxu salıb. Sakinlər Mozambiklə Malavini birləşdirən yolların üzərinə sədlər çəkiblər.

Məlumata görə, Mulance və Falombe şəhərlərində yerli sakinlər vampir olduğu iddia edilən 5 nəfəri öldürüblər. Faktla bağlı istintaq başladılıb. Yerli hökumət hər iki şəhərdə komendant saatı elan edib.

Hətta ölkə prezidenti Piter Mutarika da vəziyyətlə əlaqədar narahatlığını ifadə edib. O, bildirib ki, bu cür cinayətlər ölkədə stabilliyin pozulmasına gətirib çıxar bilər.

Malavi dünyanın ən kasıb ölkələrindən biridir. Əhalinin əksəriyyəti caduya etiqad edir.

Bəxtiyar Abbasov

AzNews.az