18:55
(077) 610-22-33

Dünyada ən yaxşı "iş verən" şirkətlər - Reytinq

  • >
2 109 12 Oktyabr 00:00 | Dünya

Nüfuzlu Forbes şirkəti dünyada ən yaxşı işlə təmin edən, əməkdaşı üçün iş şəraiti yaradan şirkətlərin reytinq cədvəlini açıqlayıb.

AzNews.az xəbər verir ki, siyahının lideri Google-un ana şirkəti "Alphabet"dir.

İkinci pillədə Microsoft şirkəti, üçüncü pillədə Tokio fond birjası Japan Exchange Group qərarlaşıb.

Jurnalın fikrincə hər üç şirkət iş axtaranlar üçün ən çox müraciət edilən, ən arzuolunandır.

Siyahının sonrakı pillələrində Apple, İBM, LG Corp yerləşir.

Ümumilikdə, reytinqə 500 şirkət daxildir. Bu şirkətlərdən 165-i Avropa, 157 ABŞ, 44-ü Çin, 41 Yaponiya şirkətləridir.

Forbes qeyd edir ki, reytinq müxtəlif şirkətlərin əməkdaşları arasında keçirilən sorğu əsasında tərtib edilib. Sorğu zamanı işə götürən şirkətlərin imici, işçini qiymətləndirməsi meyarı, əmək şərtləri barədə soruşulub.

Bağla X