Fələstinin “Həmas” və “Fəth” partiyaları arasında təhlükəsizlik və idarəetməyə dair razılaşma əldə olunub. Fələstinin “Həmas” və “Fəth” partiyaları arasında təhlükəsizlik və idarəetməyə dair razılaşma əldə olunub.

“Həmas” və “Fəth” razılığa gəldi – 10 il davam edən ziddiyyət həllini tapdı

Fələstinin “Həmas” və “Fəth” partiyaları arasında təhlükəsizlik və idarəetməyə dair razılaşma əldə olunub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər Misirin paytaxtı Qahirədə razılaşma sənədlərini imzalayıblar.

“Həmas”ın mətbuat katibi Sami Əbu Zuhri razılaşmanın təfərrüatı barədə bir qədər sonra məlumat veriləcəyini açıqlayıb. O, danışıqların olduqca “ciddi” keçdiyini bildirib.

“Həmas” ötən ay Qəzzada inzibati işləri icra edən komitəsini buraxmağa razılıq vermişdi. Bu, prezident Mahmud Abbasın tərəflər arasında razılaşma əldə etmək üçün tələb etdiyi əsas şərti idi. Fələstinin baş naziri Rami Həmdallah Qəzzə zolağına səfər edərək regionda inzibati işlərin artıq Fələstin hökuməti tərəfindən icra olunacağını və təhlükəsizliyə görə də hökumətin məsuliyyət daşıdığını deyib.

Qeyd edək ki, 2007-ci ildə iki qrup arasında baş vermiş ölüm halları ilə nəticələnən qarşıdurmalardan sonra “Həmas” Qəzza zolağında öz siyasi hakimiyyətini bərqərar etmişdi. Qərb Sahili isə “Fəth” tərəfindən idarə olunmağa başladı.

“Həmas”ın hərbi qolu İsrail, ABŞ və Böyük Britaniya tərəfindən terrorçu qruplaşma kimi tanınır.

Bəxtiyar Abbasov

AzNews.az