İtaliyanın eks baş naziri Silvio Berluskoninin yenidən hakimiyyətə gəlməsindən "partlayıcı" nəticələnər gözlənilir İtaliyanın eks baş naziri Silvio Berluskoninin yenidən hakimiyyətə gəlməsindən "partlayıcı" nəticələnər gözlənilir

Avropanı “girov“ götürən Berluskoni

İtaliyanın eks baş naziri Silvio Berluskoninin yenidən hakimiyyətə gəlməsindən "partlayıcı" nəticələnər gözlənilir



"Kommersant"ın yazdığına görə, bazar günü İtaliyada parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu seçkilərdə deputatların üçüncü hökuməti yenidən quracağı deyilir.

Seçkilər öncəsi ən diqqət çəkən məqam adı bir çox qalmaqallarda çəkilən nazir Berluskonin növbəti şöhrəti olub.

2011-ci ildə istefa verməsi və onun yerinə Mario Montinin baş nazir vəzifəsinə gəlməsi ölkədəki iqtisadi narazılığın aradan qaldırılmasına kömək etsə də, ekspertlərin fikrincə, xalq Berluskoniyə dəstək olacaq.

Ekranlardan düşməyən eks baş nazir Silvio Berluskoni bu dəfə xalqa daha çox vədlər verir. Onun sözlərinə görə, 2014-cü ilə kimi əmək haqqları yenidən yüksələcək və daşınmaz əmlaka qoyulan vergi azaldılacaq.

Berluskoni çıxışında qeyd edib ki, əgər Avropa Birliyi rəsmi Romaya olan münasibətini dəyişməzsə, göstərdiyi münasibətdən peşiman olacaq. Səbəb isə Berluskoninin Avropanı "girov" almaq istəyidir. Onun sözlərinə görə, İtaliya bütün Avropanı "girov" aıa biləcək gücə sahibdir.

AzNews.az