ABŞ-ın Kaliforniya ştatında bazar günü başlayan meşə yanğınlarından sonra bu dəfə isə ölümlə nəticələnən Hepatit A virusuna görə fövqəladə vəziyyət elan edilib. ABŞ-ın Kaliforniya ştatında bazar günü başlayan meşə yanğınlarından sonra bu dəfə isə ölümlə nəticələnən Hepatit A virusuna görə fövqəladə vəziyyət elan edilib.

Yanğınlardan sonra Kaliforniyanı “Hepatit A” virusu bürüdü - Fövqəladə vəziyyət elan olundu + FOTO

ABŞ-ın Kaliforniya ştatında bazar günü başlayan meşə yanğınlarından sonra bu dəfə isə ölümlə nəticələnən Hepatit A virusuna görə fövqəladə vəziyyət elan edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kaliforniya rəsmisi Jerry Brown meşə yanğınları səbəbi ilə əyalətin birçox bölgəsi ilə bağlı aldığı qərardan bir həftə keçmədən indi də keçici Hepatit A virusu ilə bağlı 3 bölgədə fövqəladə vəziyyət elan edib.

Brown mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib ki, ABŞ-ın Los-Anceles, San-Dieqo ve Santa-Kruz şəhərlərində yayılan ölümcül Hepatit A virusu ilə bağlı bu bölgələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edilib. Bu qərara əsasən, Kaliforniya Səhiyyə İdarəsi dərhal həmin ərazinin vaksinlərlə təchiz olunmasını təmin etməlidir.

Kaliforniya Səhiyyə İdarəsinin Epidemiologiya üzrə mütəxəssisi Gil Çavez qərarla əlaqədar etdiyi şərhdə, "Daha çox tələb olmasına baxmayaraq xəstəliyin müalicəsi üçün iynə və dərman çatışmazlığı var. Fövqəladə vəziyyətin elan olunması bizə çox sürətlə hərəkət etməyə imkan verir"-deyə bildirib.

Keçən ay San-Dieqo şəhərində 16 adamın öldümünə səbəb olan Hepatit A ilə mübarizədə şəhərin müəyyən bir hissəsi, xüsusilə də evsiz insanların olduğu küçələr mütəmadi olaraq sabun və xüsusi maddələr qatılmış su ilə yuyulub. Şəhərdə bu məqsədlə 19 min insana vaksin vurulub.