Türkiyənin Şırnak vilayətində kömür mədənində uçqun olub. Türkiyənin Şırnak vilayətində kömür mədənində uçqun olub.

Kömür mədəni uçdu - 6 nəfər öldü

Türkiyənin Şırnak vilayətində kömür mədənində uçqun olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, lisensiyasız fəaliyyət göstərən mədəndə baş verən uçqun zamanı 6 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb. Əraziyə cəlb olunan polis və xilasetmə qrupları uçqun altında qalan 1 nəfəri xilas etməyə çalışır.

Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən hadisə ilə əlaqədar edilən şərhdə mədənin lisensiyasız olduğu bildirilib.