Ölkələrin taleyini həll edən nüfuzlu siyasətçiləri hər zaman ciddi, diplomatik imicdə görmüşük. Onlar siyasi karyeraya başlamazdan öncə tələbə olub, zavodda çalışıb, elmi iş üzərində baş sındırıb. Ölkələrin taleyini həll edən nüfuzlu siyasətçiləri hər zaman ciddi, diplomatik imicdə görmüşük. Onlar siyasi karyeraya başlamazdan öncə tələbə olub, zavodda çalışıb, elmi iş üzərində baş sındırıb.

Çuquntökən fəhlə işləyən prezident, 3 dəfə qəbuldan kəsilən baş nazir - Məşhur siyasətçilər haqda bilmədiklərimiz (Foto)

Ölkələrin taleyini həll edən nüfuzlu siyasətçiləri hər zaman ciddi, diplomatik imicdə görmüşük. Onlar siyasi karyeraya başlamazdan öncə tələbə olub, zavodda çalışıb, elmi iş üzərində baş sındırıb.

AzNews.az xəbər verir ki, sizə məşhur siyasətçilərin cavanlıqda necə göründüyü və hansı işlə məşğul olduğu barədə məlumatları təqdim edirik:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetində Beynəlxalq münasibətlər fakultəsini bitirib.

Rusiya dövlət dumasının deputatı, siyasətçi Sergey Mironov Litvada və Azərbaycanda hava desant qoşunlarında xidmət edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Krasnoyarsk politexnik institutunu bitirib və ixtisasca mühəndis-inşaatçıdır.

Rusiyanın baş naziri Dmitri Medvedev həyat yoldaşı ilə məktəb vaxtı tanış olub.

Belarus prezidenti Aleksandr Lukaşenko Mogilyov pedaqoji institutunun tarix fakultəsinin tələbəsi olub.

ABŞ-ın 4-cü prezidenti Donald Tramp hərbi məktəbdə təhsil alarkən çəkilən fotosu.

Corc Buş kiçik hərbi xidmətdə.

Barak Obama məktəbi bitirdikdən sonra Los-Ancelesdə Qərb kollecində, daha sonra Kolumbiya universitetində Beynəlxalq münasibətlər fakultəsində təhsil alıb.

Bill Klinton 1973-cü ildə Yale universitetini bitirib. 1975-ci ildə Hilari Klintonla ailə həyatı qurub.

Almaniya kansleri Angela Merkel "sıx mühitdə bimolekulyar elementlərin reaksiyasının sürətinə məkan korrelyasiyasının təsiri." elmi işinin müəllifidir.

Fidel Kastro kollecdə əksər davaların iştirakçısı olub, dəhlizdə tapança ilə gəzirdi.

Gənc kraliça II Yelizaveta.

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad Tehran elm və texnologiya universitetində nəqliyyat mühəndisliyi ixtisasını bitirib.

Mixail Qarbaçov Moskva Dövlət Universitetində hüquq fakultəsini bitirib.

Silviyo Berluskoni hüquq fakultəsində təhsil alarkən toylarda və dəfnlərdə fotoqraf kimi çalışıb, tozsoran alveri ilə məşğul olub, kontrabasda ifa edib, gecə klublarında müğənni kimi konsert verib, turistlər üçün eksursiyalar təşkil edib.

Mixail Saakaşvili Taras Şevçenko adına Kiyev universitetinin beynəlxalq münasibətlər institutunda beynəlxalq hüquq fakultəsini bitirib.

Ramzan Kadırov I Çeçen müharibəsində atası ilə birlikdə çeçen separatistləri ilə bir sırada Rusiya Silahlı qüvvələrinə qarşı vuruşub.

Gələcəyin dahi siyasətçisi olacaq gənc Uinston Çörçill Sandxerstedə Kral hərbi məktəbinə 3-cü cəhddən qəbul olub.

Nikita Xruşşov filiz mədənində çilingər işləyib.

Səddad Hüseyn dayısının təsiri ilə Bağdadda elit hərbi akademiyaya daxil olmağa cəhd etsə də, ilk imtahanda kəsilir.

Çuquntökmə və domna sobasında kürəkçi işləyən Nursultan Nazarbayev.

AzNews.az