Alimlər müəyyən edib ki, canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı DNT-də 10 "uğurlu" mutasiya kifayətdir ki xərçəng xəstəliyi əmələ gəlsin. Alimlər müəyyən edib ki, canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı DNT-də 10 "uğurlu" mutasiya kifayətdir ki xərçəng xəstəliyi əmələ gəlsin.

Xərçəngin əmələ gəlməsi üçün orqanizmdə neçə mutasiya lazımdır? - Araşdırma

Alimlər müəyyən edib ki, canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı DNT-də 10 "uğurlu" mutasiya kifayətdir ki xərçəng xəstəliyi əmələ gəlsin.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər araşdırmadan sonra xərçəng barədə ən çox verilən sualın cavabını tapıblar: "Biz xərçəng barədə ən çox düşündürən və həlli tapılmayan məsələnin cavabını tapmışıq – DNT-də neçə mutasiya lazımdır ki, normal hüceyrə xərçəngə çevrilsin. Müəyyən olundu ki, onların sayı azdır. Məsələn, tipik qaraciyər xərçəngi hüceyrələri özündə təxminən 4 mutasiya ehtiva edir, amma rektal hüceyrələr DNT-də təxminən 10 mutasiyadan sonra xərçəngə çevrilir".

İnkişaf etmiş ölkələrdə indi xərçəng insan ölümünə səbəb olan əsas səbəblərdən biri hesab olunur. Xərçəngin əsas xüsusiyyəti isə odur ki, o, illərlə kök salır, daha sonra isə zamanla nəzərəçarpacaq vəziyyətə gəlir.

Elm adamlarının araşdırmasına görə, bu, iki ünsürlə bağlıdır - yaşlılıq dövründə bədənin "DNT" pozuntularını "təmir" etmək qabiliyyətinin azalması, yaxud olmaması və genomdakı potensial təhlükəli, lakin ölümcül olmayan bir sıra mutasiyaların yığılması.

Elm adamları uzun müddətdir ki, həmin nümunələri hər hansı bir şəxsin xərçəngi ehtimalını proqnozlaşdırmaq üçün istifadə etməyə çalışırlar, lakin indiyədək belə proqnozlar heç də işləmir və ya dəqiqlikdən kənardır.