Gürcüstanın Marneuli rayonunda azərbaycanlı namizədlər arasında dava düşüb. Gürcüstanın Marneuli rayonunda azərbaycanlı namizədlər arasında dava düşüb.

Azərbaycanlı namizədlər dalaşdı - Gürcüstanda

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı namizədlər arasında dava düşüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirlik davanın müxalifət Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Məhəmməd Hüseynovla Gürcü Arzusu Partiyasından olan Mirkazım Yaqubov arasında baş verdiyini bildirib. Kvemo Sarali kəndində baş verən davaya görə artıq cinayət işi qaldırılıb.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçki başlayıb.

AzNews.az