- Köhnə - Dünya
- 22 Oktyabr 2017 18:09
- 2 532
Kiyevdə Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib - Foto
Kiyevdə Ali Radanın binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib.
AzNews.az Report-a istinadən xəbər verir ki, etiraz aksiyasında 400-dək insan iştirak edir.
Mitinq dualar və Ukraynanın dövlət himninin səslənməsi ilə başlayıb. Aksiyaya toplaşanlar anti-terror əməliyyatında, həmçinin Maydan hərəkatında ölən "Səma yüzlüyü" üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb.
Etirazçılar qarşısında ictimai fəallar, siyasətçilər, deputatlar çıxış edir. Mixeil Saakaşvili, David Sakvarelidze, İvan Slobodyanık, deputatlar - Sergey Leşeko, Yuriy Derevyanko, Qluxova şəhərinin meri Mişel Tereşenko və digərləri aksiyada çıxış edir.
S.Leşenkonun sözlərinə görə, ölkə korrupsiyaya qərq olub. Aksiya iştirakçıları problemli məsələləri və islahatların qeyri-populyar olmasını müzakirə edirlər.
Mitinqdə həmçinin səhnələşdirilmiş "Poroşenko"nun – prezidentin rolunu oynayan aktyor da var. O, ukraynalının belində oturaraq əlində qızıl çörək tutub.