Malayziya hava limanına gətirilən qadınlara gülləkeçirməz jilet geyindirilib. Malayziya hava limanına gətirilən qadınlara gülləkeçirməz jilet geyindirilib.

Kim Çen Inın qardaşını qətlə yetirənlər hadisə yerinə gətirilib

Malayziya hava limanına gətirilən qadınlara gülləkeçirməz jilet geyindirilib.

Şimali Koreya prezidenti Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən iki qadın hadisənin baş verdiyi Malayziya beynəlxalq hava limanına gətirilib. Onları 20 silahlı polis əməkdaşı müşayiət edib. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, terminalda olduqları yerləri əyani şəkildə göstərən qadınlara mühafizə məqsədi ilə gülləkeçirməz jiletlər geyindirilib.

Hadisəni araşdıran istintaq qrupu Kim Çen Namın qətlinin sifarişçisinin rəsmi Pxenyan olduğu versiyasını araşdırsa da, Şimali Koreya bu ehtimalı israrla inkar edir. Kim Çen In qardaşının qətlinin yalnız Cənub Koreya üçün sərfəli olduğunu bəyan edir.

Qeyd edək ki, hadisə Cənubi Koreya prezidenti Kın Xenin impiçmentindən sonra baş vermişdi.

Şimali Koreya liderinin ögey qardaşı olan Kim Çen Nam siyasətdən uzaq adam olub. O, 2013-cü ilin dekabrında əmisinin edamından sonra Malayziyada gizlənirdi.

Bu ilin fevralında Malayziya hava limanında zəhərlənərək öldürülən Namın dərisində insan sinirini iflicedən kimyəvi maddə aşkar edilmişdi.