Albaniya Türkiyədən milli qəhrəman elan etdiyi Təpədələnli Əli Paşanın kəlləsini istəyir Albaniya Türkiyədən milli qəhrəman elan etdiyi Təpədələnli Əli Paşanın kəlləsini istəyir

Milli qəhrəmanın kəlləsi ölkəsinə aparılacaq

Albaniya Türkiyədən milli qəhrəman elan etdiyi Təpədələnli Əli Paşanın kəlləsini istəyir




Türkiyə mətbuatının yazdığına görə, Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçəklə görüşən Albaniya paplamentinin spikeri Jozefina Topalli ölkəsinin istəyini dilə gətirib.

1822-ci ildə Sultan 2-ci Mahmud tərəfindən edam edilən və kəsik başı İstanbula gətirilən Təpədələnli Əli Paşanın kəlləsini Albaniyaya aparmaq nəzərdə tutulur.
Topalli bu istəklərinin rəsmi qaydada Türkiyəyə çatdırıldığını və müzakirələrin davam etdiyini bildirib.
Qeyd edək ki, Əli Paşa uzun illər Osmanlının tərkibində olan Albaniyanın müstəqilliyinin qazanması uğrunda mübarizə aparan şəxs kimi tanınır. Buna görə də Sultan tərəfindən edam etdirilən Paşanın başı İstanbula gətirilib, bədəni isə Albaniyada qalıb. 191 il sonra Albaniya Türkiyədən kəsik başı istəyir.

Elnarə Əlosmanqızı
Aznews.az