09:32
(077) 610-22-33

Suriya Rusiya və ABŞ-a “yox“ dedi

  • >
325 23 Fevral 2013 10:16 | Dünya

Suriya müxalifəti ölkədəki münaqişənin sülh yolu ilə həllinə dair Rusiya və Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparmaq təklifindən imtina edib




Suriya Milli Koalisiyasının bəyanatında müzakirələr aparmaq məqsədilə Moskva və Vaşinqtonda görüşməyi rədd etdiyini bəyan edib.

Suriya müxalifəti həmçinin mart ayında İtaliyanın paytaxtı Romada "Suriyanın dostları" adlı növbəti beynəlxalq konfransda iştirak etməkdən də imtina edib. Bu qərar Bəşər Əsəd qüvvələrinin Hələb şəhərini raket atəşinə tutması və müxalifətçilərin iddiasına görə, yüzlərlə dinc sakinin öldürülməsi ilə əsaslandırılır. Suriya müxalifəti bu hadisəyə görə məsuliyyəti hələ də Suriya hökumətinə silah satmağa davam edən Rusiyanın üzərinə qoyub.

Bu arada, Suriya Milli Koalisiyasına daxil olan bütün müxalifyönümlü siyasi qüvvələr martın 2-də Türkiyədə görüşəcək. Koalisiya görüşün əsas məqsədinin üsyançıların əlində olan ərazilərdə keçid hökumətinin yaradılması və ona rəhbər seçilməsi olduğunu bəyan edib.
Bağla X