2012-ci il ərzində kinomatoqrafiya sahəsində xidmətlərinə görə, kino sənayesinin aparıcı simalarına veriləcək Oskar mükafatının 85-ci təqdimat mərasimi Los-Anceles şəhərinin Dolbi teatrında baş tutacaq. 2012-ci il ərzində kinomatoqrafiya sahəsində xidmətlərinə görə, kino sənayesinin aparıcı simalarına veriləcək Oskar mükafatının 85-ci təqdimat mərasimi Los-Anceles şəhərinin Dolbi teatrında baş tutacaq.

Bu gecə “Oskar“ həyəcanı yaşanacaq

2012-ci il ərzində kinomatoqrafiya sahəsində xidmətlərinə görə, kino sənayesinin aparıcı simalarına veriləcək Oskar mükafatının 85-ci təqdimat mərasimi Los-Anceles şəhərinin Dolbi teatrında baş tutacaq.



Trend-in məlumatına görə, Oskar müfatına 9 ekran nümunəsi iddia edir.

Onların sırasında Stiven Spilberqin "Linkoln", Enq Linin "Pinin həyatı", Ben Zaytlinin "Vəhşi cənubun yırtıcıları", Kventino Tarantinonun "Azad olunmuş Canqo", Devid O.Rasselin "Mənim oğlanım dəlidir", Tom Kuperin "Rədd edilmiş", Ketrin Biqelounun "Hədəf nömrə bir", Ben Aflekin "Arqo" əməliyyatı" və Mikaelya Xanekenin "Sevgi" filmləri var.
Kino sahəsinin mütəxəssisləri bildirirlər ki, "ən yaxşı rejissor" nominasiyasına Stiven Spilberq, Enq Li, Ben Zaytlin, Mikaelya Xaneke və Devid O.Rassel, "Ən yaxşı xarici dildə kino" nominasiyasına isə Xanekenin kinosu iddia edir.
"Ən yaxşı aktrisa" olmaq üçün Cessika Çesteyn, Cennifer Lourens, Naomi Uotts, Emmanuel Riva, Kvencane Uollis, həmçinin, "Ən yaxşı aktyor" nominasiyası uğrunda Deniel Dey-Lyuis, Xaokin Feniks, Bredli Kuper, Hyu Cekman və Denzel Vaşinqton mübarizə aparacaq.
Qeyd edək ki, dünyanın 225 ölkəsində birbaşa yayımlanacaq Oskar mükafatının 85-ci təqdimat mərasimi fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtilə saat 04:00 başlayacaq.

AzNews.az