Türkiyə bu ilin sonuna qədər Azərbaycana pulu ödənilən, ancaq hələ nəql olunmayan bütün mavi yanacağı alacaq Türkiyə bu ilin sonuna qədər Azərbaycana pulu ödənilən, ancaq hələ nəql olunmayan bütün mavi yanacağı alacaq

Türkiyəli nazir: “Növbə Azərbaycan və İrandadır

Türkiyə bu ilin sonuna qədər Azərbaycana pulu ödənilən, ancaq hələ nəql olunmayan bütün mavi yanacağı alacaq


"Star" qəzetinin yazdığına görə, bunu Türkiyənin
enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazir Rusiyadan artıq pulu ödənən bütün qazın alındığının qeyd edərək "Gələn ilin sonuna qədər Azərbaycan və İrandan bu ana qədər alınmayan təbii qazın hamısı alınacaq. Xalqımızın bunu bilməsi önəmlidir" deyə vurğulayıb.

Nazir 2012-ci ilin sonunda Rusiyadan əvəllər alınmayıb qalan 3.6 milyard kub metr qazın alındığını bildirib: "Növbə İran və Azərbaycandadır. Gələn ilin sonuna qədər İrandan və Azərbaycandan bu vaxta qədər alınmayan təbii qazın hamısı alınacaq. Bizim pulunu ödəyib xaricdə saxladığımız qaz var mi? Rusiyadan tamamən aldıq. İrandan da ötən il 500 milyon dollarlıq qaz alındı. 2014-cü ilin sonuna qədər Azərbaycan və İrandan da pulu ödənilmiş qaz ölkəyə nəqli olunacaq".

Elnarə Əlosmanqızı
AzNews.az