- Köhnə - Dünya
- 25 Fevral 2013 09:59
- 1 982
4 məktəbdə bomba həyəcanı
Bu gün səhər saatlarında bomba qoyulması barədə məlumatın daxil olması nəticəsində Moskvada 4 məktəb evakuasiya edilib
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Moskva bölməsi yayıb.
Nazirlikdən bildirilib ki, əvvəlcə şəhərin mərkəzindəki 3 məktəbə bomba qoyulması barədə məlumat daxil olub. Hər 3 məktəbin evakuasiyası başa çatmadan dördüncü məktəblə bağlı zəng gəlib. Hazırda hər 4 məktəbdə axtarış işləri davam etdirilir.
Elnarə
AzNews.az