Raul Kastro yenidən Kuba rəhbəri seçilib

Kuba Dövlət Şurasının sədri Raul Kastro daha 5 il müddətinə dövlət başçısı vəzifəsinə seçilib.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, seçki fevralın 3-də alternativsiz seçkidə formalaşan 612 deputatdan ibarət Kuba Milli Assambleyasında keçirilib.

81 yaşlı Raul Kastro qardaşı Fidelin xəstələnməsindən sonra Dövlət Şurasının sədri səlahiyyətlərini icra etməyə başlayıb. O, rəsmi olaraq 2008-ci ildə Dövlət Şurasının sədri olub. R. Kastro iki müddət ardıcıl çalışdıqdan sonra üçüncü müddətə bu vəzifəyə seçilməyəcəyini söyləyib. Onu 5 ildən sonra hazırda birinci vitse-prezident olan Migel Dias-Kanel Bermudesin əvəzləyəcəyi gözlənilir.

AzNews.az