- Köhnə - Dünya
- 14 Noyabr 2017 17:25
- 3 144
Polşadan Ukraynaya qadağa
Bu gündən Polşada antipolyak əhval-ruhiyyədə olan ukraynalı vətəndaşların ölkəyə giriş-çıxışına qadağa qoyulub.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Bartoş Çixodski deyib.
Onun sözlərinə görə, Polşa höküməti qadağa qoyulan vətəndaşlara əvvəlcədən xəbərdarlıq edilməyəcək.
Çixodski deyib ki, Ukraynada da müvafiq qayda var və Polşa vətəndaşlarına şamil edilir.
Polşalı diplomat qeyd edib ki, qadağa siyahısına hərbi-siyasi fəaliyyətlə məşğul olan ukraynalı siyasətçilər də daxildir.