Ermənistan parlamentinin bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Ermənistan parlamentinin bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

Ermənistan parlamentinin bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Qanun layihəsini təqdim edən maliyyə naziri Vardan Aramyan qeyd edib ki, bundan əvvəl həmin saziş "Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası müqavilələri çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" adlanırdı:

"Bu gün biz Rusiyadan əsasən hərbi texnika və silahlar idxal edirik. Qanun layihəsi yalnız bu ölkədən tədarükün ƏDV-dən azad edilməsi üzrə güzəşt təqdim edilməsini məhdudlaşdırır. Biz Ermənistanın gələcəkdə digər ölkələrdən də silah alışı imkanını istisna etmirik. Bununla əlaqədar qanun layihəsindən coğrafi məhdudiyyətin götürülməsi təklif olundu".

Nazir qeyd edib ki, hökumət müdafiə təyinatlı məhsullara ƏDV tətbiq edilməsini məqsədəuyğun hesab etmir: "Çünki həmin məhsulları daxili bazarda satmaq və ya üçüncü ölkələrə ixrac etmək mümkün olmayacaq. Faktiki olaraq biz büdcədə artıq əməliyyatdan xilas oluruq, çünki tədarük üçün ödənilən vergi ƏDV-nin qaytarılması barədə qanuna uyğun olaraq istənilən halda büdcədən çıxacaq".