NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilməsinə rəsmi Ankaradan cavab gəlib. NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilməsinə rəsmi Ankaradan cavab gəlib.

Türkiyə-NATO arasında böyük qalmaqal Video + Yenilənib

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilməsinə rəsmi Ankaradan cavab gəlib.

AzNews.az-ın türk mətbuatına istinadən xəbərinə görə, Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

"Dünən Norveçdə bir hadisə baş verdi. Düşmən tablosu ilə Atatürkün tablosu yan-yana qoyulmuşdu. Bunun ardınca biz 40 əsgərimizi NATO təlimlərindən geri çağırdıq. Belə bir ittifaq belə müttəfiq ola bilməz ".

16:40

***

NATO baş katibi Yens Stoltenberqi Türkiyədən üzr istəyib.

AzNews.az xəbər verir ki, NATO baş katibi Yens Stoltenberqi Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə görə Türkiyədən üzr istəyib.