Britaniyada dünyanın ən iri hava gəmisi olan “Airlander 10” qəzaya uğrayıb. Britaniyada dünyanın ən iri hava gəmisi olan “Airlander 10” qəzaya uğrayıb.

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı - Foto

Britaniyada dünyanın ən iri hava gəmisi olan “Airlander 10” qəzaya uğrayıb.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, təyyarə və dirijablın xüsusiyyətlərinə malik olan uçan aparat Bedfordşir qraflığında yerə çırpılıb.

Şahidlərin məlumatına görə, hava gəmisi ağaclara ilişdikdən sonra onun budaqları uçan aparatın korpusunu zədələyib və helium qazı sızmağa başlayıb. Nəticədə “Airlander 10” aparatının 20 tonluq kabinəsi yararsız hala düşüb.

Uzunluğu 92 metrə çatan uçan aparatın yaradılması “Hybrid Air Vehicles” kompaniyasına 100 milyon funt-sterlinqə başa gəlmişdi. O, 4,9 kilometr yüksəyə qalxır və saatda 148 kilometr sürət yığırdı.