Bütün Azərbaycanın fəxrinə çevrilən Təbrizin məşhur “Traktorsazi” futbol klubunun azarkeşləri bu komandanın Asiya Çempionlar Liqasındakı oyunu ərəfəsində ilkə imza atıblar. Bütün Azərbaycanın fəxrinə çevrilən Təbrizin məşhur “Traktorsazi” futbol klubunun azarkeşləri bu komandanın Asiya Çempionlar Liqasındakı oyunu ərəfəsində ilkə imza atıblar.

“Traktorsazi”nin təbrizli azarkeşlərindən daha bir ilk

Bütün Azərbaycanın fəxrinə çevrilən Təbrizin məşhur “Traktorsazi” futbol klubunun azarkeşləri bu komandanın Asiya Çempionlar Liqasındakı oyunu ərəfəsində ilkə imza atıblar.



Azarkeşlər oyun ərəfəsində "Qurani - Kərim"i 1 saat içərisində köçürərək sevimli komandalarına uğur diləyiblər.

Aksiyada "Traktorsazi" futbol klubunun 605 azarkeşi iştirak edib. Onlar nəstəliq xətti ilə qələmdən istifadə edərək "Quran"ın bütün ayələrini 1 saat ərzində yazıblar.

Qeyd edək ki, "Traktorsazi" futbol komandası 26 fevral saat 16:30-da Təbrizdəki "Yadigar İmam" stadionunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasını qəbul edəcək.

Oyun zamanı "Traktorsazi" komandasının oyunçuları və azərkeşlərinin Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın xatirəsini müxtəlif şüarlarla yad edəcəyi vurğulanır.

Alpər
AzNews.az