Zimbabve iqtidar partiyası "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvər Cəbhəsi" Robert Muqabenin vəzifədən uzaqlaşdırılması üçün bazar günü xüsusi komitə iclası keçirəcək. Zimbabve iqtidar partiyası "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvər Cəbhəsi" Robert Muqabenin vəzifədən uzaqlaşdırılması üçün bazar günü xüsusi komitə iclası keçirəcək.

Sabah Zimbabve prezidenti vəzifəsindən kənarlaşdırılacaq, həyat yoldaşı isə...

Zimbabve iqtidar partiyası "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvər Cəbhəsi" Robert Muqabenin vəzifədən uzaqlaşdırılması üçün bazar günü xüsusi komitə iclası keçirəcək.

AzNews.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Agentliyin məlumatına görə sabah parlamentdə millət vəkilləri həmçinin prezident Muqabenin həyat yoldaşı Qreysin də partiyanın qadın katibi vəzifəsindən ayrılmasını və 6 noyabrda vəzifəsindən azad edilən vitse-prezident Emmerson Mnanqaqvanı yenidən vəzifəyə gətirilməsini istəyəcək.

Çərşənbə günü məlum olub ki, Zimbabve ordusu hökumət binaları və parlamentə gedən yolları bağlayıb, televiziyanı nəzarətə alıb və prezident Muqabe ilə onun həyat yoldaşı Greysə ev dustaqlığı qoyub.Ordunun həyata keçirdiyi çevrilişdən sonra Zimbabvenin 37 il hakimiyyətdə olan lideri Robert Muqabe evinin hüdudlarından kənara çıxa bilməz.

Ölkədəki dəyişikliklər Muqabenin bu ayın əvvəlində vitse-prezident Emmerson Mnanqaqvanı vəzifəsindən kənarlaşdırması və ölkənin birinci xanımını onun yerinə təyin edəcəyini planlaşdırmasından sonra baş verməyə başlayıb.