Sabahdan tələbələr genişmiqyaslı tətilə başlayır Sabahdan tələbələr genişmiqyaslı tətilə başlayır

Sabah Ermənistan “donacaq“- VİDEO

Sabahdan tələbələr genişmiqyaslı tətilə başlayır




Sabah səhər saat 11.00-də Ermənistanda ümumtələbə tətili elan edilib. Bu qərarı bu gün paytaxt İrəvanın bir neçə ali təhsil müəssisəsinin qarşısında toplaşan tələbələr Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binasına doğru yürüşdən sonra qəbul ediblər. Tələbələr MSK-nın fevralın 18-də keçirilmiş seçkilərlə bağlı elan etdiyi rəsmi nəticələrlə razılaşmayaraq, komissiya sədrinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Xatırladaq ki, MSK-nın bu gün açıqladığı məlumata əsasən, hazırki prezident Serj Sarkisyan səslərin 59, "İrs" partiyasının sədri Raffi Ovanisyan isə 37 faizini toplayıb. MSK-nın açıqladığı yekun nəticələr seçkilərdən sonra açıqlanan ilkin rəqəmlərdən fərqlənmir.



AzNews.az