Yəmənin paytaxtı Səna və Əl-Bayda şəhərində 3 milyona yaxın insan susuz qalıb. Yəmənin paytaxtı Səna və Əl-Bayda şəhərində 3 milyona yaxın insan susuz qalıb.

2,5 milyon nəfər susuz qaldı

Yəmənin paytaxtı Səna və Əl-Bayda şəhərində 3 milyona yaxın insan susuz qalıb.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, susuzluğa səbəb Yəmənin Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətləri tərəfindən blokadaya salınması nəticəsində nasos stansiyalarının yanacaqsız qalmasıdır.

Beynəlxalq Qırmızı Xaç komitəsinin məlumatına görə, su təchizatı və kanalizasiya sisteminin sıradan çıxaması digər problemlərə yol aça bilər.

Qeyd edək ki, noyabrın 6-da Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya hava və su məkanını blokadaya salıb. Bu qərar Ər-Riyad yaxınlığında ballistik raketin vurulmasından sonra verilib. Koalisiyanın açıqlamasına görə, İran Yəmənə silah-sürsat məsələsində yardım edir.