Çin hükuməti vətəndaşların davranışlarını bir modelə salmağı və buna görə onlara xal verməyi qərara alıb. Çin hükuməti vətəndaşların davranışlarını bir modelə salmağı və buna görə onlara xal verməyi qərara alıb.

Çin öz vətəndaşlarını “pampers”lə qiymətləndirəcək - Maraqlı

Çin hükuməti vətəndaşların davranışlarını bir modelə salmağı və buna görə onlara xal verməyi qərara alıb.

Xalvermə vətəndaşların həyatlarının fərqli sahələrinə görə müəyyənləşdiriləcək. Yüksək və ya aşağı xala sahib vətəndaşlar çalışacaqları iş, uşaqlarının oxuyacağı məktəb və yaşayacaqları ev mövzusunda belə, cəzalandırılacaqlar.

"Black Mirror" filmində hər kəsin bir-birinə xal verdiyini, həyatın bu xallara görə işlədiyi bölümü xatırlayırsınızmı?

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çindəki Sosial Kredit Sistemi (Milli Güvən Sistemi də demək olar) də eynən bu filmdəki kimi işləyəcək. Bir fərdin iqtisadi durumu, siyasi istiqaməti, sosial tələbləri və alış-veriş tarixçəsi "güvən xalı"na təsir edən faktorlar olacaq.

Sistemin tətbiqinə 2020-ci ildən başlanılacaq. Rəsmilərə görə, bu sistem vətəndaşlarının davranışlarını inkişaf etdirmək üçün idealdır. Ancaq digərləri hesab edirlər ki, bu, ölkənin yeni sıx nəzarət metodlarından biridir.

Bəs, vətəndaşa verilən xal necə hesablanacaq?

"Wired" yığdığımız xəbərə görə, Sosial Kredit Sistemi bir insanın həyatındakı fərqli ölçülərə əsaslanır. Məsələn, borclarınızı nə qədər vaxtında ödəyirsiniz, eyni zamanda, satınalma keçmişiniz və sosial mediadakı davranışınız. Yəni sosial platformalarda nələr söylədiyiniz və bunların hökumətlə nə qədər paralel düşüncədə olduğu əsas götürülə bilər. Eyni zamanda, dostlarınız və ətrafınızın da davranış modellərinə baxıla bilər.

Xalın düşməsinə səbəb ola biləcək davranışlar

Vətəndaşların xərcləri göz önündə olmadıqda, təxmin edəcəyiniz kimi hiyləli xərclər olduqda xalınız düşür, ancaq uşaq bezi, ya da iş ayaqqabıları kimi məhsullar alsanız, bu, sizin daha məsuliyyətli bir vətəndaş olduğunuzu göstərib xalınızı yüksəldə bilər. Məsələn, kompyuter oyunu satın aldığınızda tənbəl olduğunuzu düşünüb xalınızı aşağı sala bilərlər.

Bəzi mütəxəssislər bunu vətəndaşların özəl həyatının işğalı adlandırırlar. Çünki yüksək xala sahib olmanın mənfəətləri olduqca diqqət çəkicidir: endirimlərdən tutmuş, sürətli kreditlərə və ucuz sığorta qiymətlərinə qədər. Lakin əsas sıxıntı aşağı xalı olan vətəndaşların üzərinə düşür. Çünki bəlli bir xalın altına düşsəniz, övladınızın gedəcəyi məktəblər və müraciət edəcəyiniz işlər belə, dəyişir.

Çin hökumətinin bu sistemə keçmək istəməsinin səbəbi nədir?

Deyilənlərə görə, bunun səbəbi iqtisadi və sosial həyatdır. Ayrıca, çinlilər özləri bu mövzunu elə də sıxıcı görmürlər.

AzNews.az

image description image description