ABŞ və Rusiya prezidentləri terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə ediblər. ABŞ və Rusiya prezidentləri terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə ediblər.

Putinlə Tramp telefonda nələri müzakirə etdilər?

ABŞ və Rusiya prezidentləri terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə ediblər.

AzNews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib.

"Prezidentlər ABŞ və Rusiyanın noyabrın 11-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində yaydığı birgə bəyanatı bir daha təsdiqləyib. Hər iki prezident BMT TŞ-in 2254 saylı qətnaməsinin icrasının və Suriyada vətəndaş müharibəsinin dinc yolla nizamlanması naminə Cenevrə prosesinin dəstəklənməsinin, qaçqın düşən suriyalıların yurdlarına dönməsinin, vahid Suriyanın stabilliyinin təmin edilməsinin zəruriliyini qeyd ediblər”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, prezidentlər bütün Yaxın Şərq və Mərkəzi Asiya boyu terrorla birgə mübarizənin zəruriliyini təsdiqləyiblər, onlar həmçinin İŞİD, "Əl Qaidə”, "Taliban” və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi yollarının araşdırılmasına dair razılığa gəliblər.

"Prezidentlər həmçinin Ukraynada dayanıqlı sülhün reallaşdırılması yollarını, Şimali Koreyanın nüvə silahının yaradılması proqramının dayandırılması üçün bu ölkəyə beynəlxalq təzyiqin artırılmasının zəruriliyini vurğulayıblar”, - deyə Ağ Evin məlumatında bildirilir.