Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 hərbçi dünyasını dəyişib, bir nəfər ağır dərəcəli xəsarət alıb. Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 hərbçi dünyasını dəyişib, bir nəfər ağır dərəcəli xəsarət alıb.

Qarabağda mina partladı - Hərbçilər öldü

Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 hərbçi dünyasını dəyişib, bir nəfər ağır dərəcəli xəsarət alıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 21-də saat 18:35-də baş verib.

İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.