PKK lideri Abdullah Öcalan terrorçuların silah buraxacağı tarixi açıqlayıb. PKK lideri Abdullah Öcalan terrorçuların silah buraxacağı tarixi açıqlayıb.

PKK bu tarixdə silahı buraxacaq

PKK lideri Abdullah Öcalan terrorçuların silah buraxacağı tarixi açıqlayıb.



Terrorçuların lideri PKK -lıların silah buraxmasının 21 martda gerçəkləşə biləcəyini vurğulayıb. Türkiyə mətbuatının yazdığına görə, kürdlərin də bayram kimi qeyd etdiyi Novruzda Öcalandan daha önəmli açıqlamalar gözlənilir.

İmralıda keçirilən görüşdən sonra Öcalanın 3 məktubunu ünvanına çatdıran millət vəkilləri cavabın 10 gün içində gözlənildiyini bildiriblər. Eyni zamanda vurğulanıb ki, məktublar zamanında cavablandırılarsa, Novruz bayramında daha önəmli açıqlamalar veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az