“Google” şirkəti “Android” istifadəçilərini izlədiyini etiraf edib “Google” şirkəti “Android” istifadəçilərini izlədiyini etiraf edib

“Android” istifadəçilərinin nəzərinə - İzlənirsiz

“Google” şirkəti “Android” istifadəçilərini izlədiyini etiraf edib

“Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar, hətta məlumatların ötürülməsi deaktiv edildiyi halda istifadəçilərin olduğu yeri daima izləyirmişlər. “Google” şirkəti “Quartz” nəşrinə deyib.

“Google” şirkəti 2017-ci ilin yanvarında “Android” istifadəçilərinin olduğu yer haqda məlumatı toplamağa başlayıb. İstifadəçinin olduğu yer yaxınlıqda yerləşən mobil rabitə qüllələrinədək olan məsafə üzrə təyin edilirmiş və hətta geoməkan servislərinin deaktiv edilməsi, SİM kartın çıxarılması zamanı da məlumat toplanılırmış.

Məlum olub ki, istifadəçi başqa baza stansiyasının əhatə dairəsinə keçirildiyi, “Wi-Fi” və “GPS”-i işə salan zaman smartfon hər dəfə istifadəçinin olduğu yer haqda məlumatı “Google” şirkətinə ötürür. Lakin korporasiya bu məlumatları yadda saxlamayıb və hazırda bu funksiyanı deaktiv etməyi planlaşdırır.