Cənubi Avstraliyanın baş naziri Cay Vizerill "Tesla" tərəfindən inşa edilən dünyanın ən böyük litium ion batareyasının tamamlandığını bildirib. Cənubi Avstraliyanın baş naziri Cay Vizerill "Tesla" tərəfindən inşa edilən dünyanın ən böyük litium ion batareyasının tamamlandığını bildirib.

Dünyanın ən böyük batareyası istehsal edildi - Foto

Cənubi Avstraliyanın baş naziri Cay Vizerill "Tesla" tərəfindən inşa edilən dünyanın ən böyük litium ion batareyasının tamamlandığını bildirib.

AzNews.az-ın məlumatına görə, batareyanın istehsalı üçün qısa müddətdə çox böyük iş ortaya qoyulduğunu deyib. O, bölgəyə gedərək əməyi keçənləri təbrik edəcəyini bildirən baş nazir, "Dünyanın ən böyük litium-ion batareyası enerji qarışığımızın önəmli bir parçası, Cənubi Avstraliyanın yenilənən enerji saxlama sistemində lider olacağını göstərən açıq mesaj verir" - ifadələrini işlədib.

Nəhəng batareyanın testləri dekabrın 1-də başlayacaq.

ABŞ-ın Kaliforniya ştatında yerləşən "Tesla"nın Avstraliyada Fransa enerji şirkəti "Neoen" ilə iş birliyində istehsalı tamamladığı 100 meqavat gücündə batareyanın 1 dekabrdan etibarən test ediləcəyi gözlənilir.

Ceymston qəsəbəsinin yaxınlığında "Neoen" şirkəti tərəfindən qurulan külək enerjisi təsisində istehsal ediləcək enerjini saxlamalı olan nəhəng batareya bölgədəki 30 min evə təqribən bir saat ərzində elektrik verə biləcək.

Dünyada indiyədək istehsal edilən ən böyük litium-ion batareyasın gücünün 30 meqavat civarında olduğu bildirilir.

Qeyd edək ki, elektrik enerjisinin böyük hissəsini günəş və külək enerjisindən əldə edən Cənubi Avstraliyada keçən il baş verən fırtına 24 saat boyunca elektrik kəsintisinə yol açmış, on minlərlə ev elektriksiz qalmışdı. Sonrakı aylarda da elektrik kəsintiləri yaşanan əyalətdə mütəxəssislər istilərin artması ilə yeni elektrik kəsintiləri yaşanacağı barədə xəbərdarlıq edirlər.

AzNews.az