Terrorçuların mövqelərinə hava zərbələri endirildi. Terrorçuların mövqelərinə hava zərbələri endirildi.

Misir hərbçilərindən terrorçulara ağır zərbə

Terrorçuların mövqelərinə hava zərbələri endirildi.

Misir hərbi hava qüvvələri Sinay yarımadasının şimalında er-Rouda məscidində baş verən terror aktından sonra terrorçuların mövqelərinə hava zərbələri endirib.

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində terrorçuların bir neçə nəqliyyat vasitəsi və silah və hərbi sursat bazası məhv edilib.

Qeyd edək ki, ötən gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.