Bu gün tələbələr Yerevan Dövlət Universitetinin (YDU) binası qarşısına toplaşıblar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir. Bu gün tələbələr Yerevan Dövlət Universitetinin (YDU) binası qarşısına toplaşıblar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Yerevanda tətillər davam edir

Bu gün tələbələr Yerevan Dövlət Universitetinin (YDU) binası qarşısına toplaşıblar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.




YDU-nun müəllim heyəti və çox sayda polis əmədkaşı tələbələri universitetin ərazisini tərk etməyə çağırıb. Onlar tətil iştirakçılarının YDM-də dərslərin keçirilməsinə mane olduqlarını bildiriblər.
YDU-nun müəllimlərindən biri Gevorq Melkonyan tələbələrə binanı əhatəyə almağa və aksiya iştirakçılarını universitetin həyətinə buraxmamağı təklif edib. O qeyd edib ki, bu, ümummilli hərəkat deyil, siyasi hərəkatdır.

Sonradan polis YDU-nun binasını əhatəyə alaraq aksiya iştirakçılarını universitetin həyətinə buraxmayıb. YDU-nun binası önündə toplaşanların çoxu etiraz əlaməti olaraq, ağızlarını lentlə bağlayıblar.
Aksiya iştirakçılarına vətəndaş cəmiyyətinin fəalları, o cümlədən Yeqiya Nersisyan qoşulub. O bildirib ki, Tibb Universitetinin şurası universitetin həyətini açmaq qərarına gəlib. Buna görə də tələbələr Tibb Universitetinə tərəf hərəkət ediblər.