Türkiyə və Fransa ABŞ-ı Qüdsə dair qərarını dəyişdirməyə razı salmaq niyyətindədirlər. Türkiyə və Fransa ABŞ-ı Qüdsə dair qərarını dəyişdirməyə razı salmaq niyyətindədirlər.

Türkiyə və Fransa razılığa gəldilər - ABŞ-ın qərarını dəyişəcəklər

Türkiyə və Fransa ABŞ-ı Qüdsə dair qərarını dəyişdirməyə razı salmaq niyyətindədirlər.

AzNews.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb. Tərəflər Vaşinqtonun ABŞ səfirliyinin Tel-Avivdən Yerusəlimə köçürülməsi və rəsmi olaraq paytaxt kimi tanıması qərarını müzakirə ediblər. Bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ərdoğan Makron ilə telefon danışığında Qüdsün tarixi statusunun qorunmasının bütün bəşəriyyətin öhdəliyi olduğunu vurğulayıb. Tərəflər həmçinin ABŞ-ın qərarını dəyişdirmək üçün birgə razılığa gəliblər.

Bu gün Türkiyə prezidentinin eyni mövzuda Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan dövlətinin rəhbəri Nursultan Nazarbayev və Livan lideri Mişel Aun ilə telefon danışığı olub.