ABŞ prezidenti Donal Tramp gündə 4 saat, bəzi günlər isə 8 saat televizora baxaraq xəbər proqramlarını izləyir. ABŞ prezidenti Donal Tramp gündə 4 saat, bəzi günlər isə 8 saat televizora baxaraq xəbər proqramlarını izləyir.

Tramp gündə 4 saat televizora baxır - Ən çox bu kanala

ABŞ prezidenti Donal Tramp gündə 4 saat, bəzi günlər isə 8 saat televizora baxaraq xəbər proqramlarını izləyir.

AzNews.az xəbər verir ki, Amerikanın "New York Times"qəzetində yer alan və Trampa yaxın mənbələrə söykənən məlumata görə, o gün ərzində 4 saat televizora baxır.

Məlumata görə səhər saat 5.30-da duran Tramp mühafizəkar "Fox News" kanalındakı xəbər proqramlarını izləyir, xüsusilə "Fox&Friends" adlı proqramı yaxından təqib edir.

Fox News xaricində CNN və MSNBC kanallarını da izlədiyi bildirilən xəbərdə, Ağ Evdə Trampın izlədiyi 152 sm ekranı olan televizora sadəcə onun və texniki işçilərin toxuna bildiyi açıqlanıb.

"Twitter" hesabından sürətli şəkildə istifadə edən Tramp bu günə qədər bir neçə dəfə CNN, MSNBC, Washington Post və New York Times kimi mətbuat orqanlarını tənqid edib, amma Fox News telekanalını həmişə tərifləyib.

"Fox News ABŞ-da CNN-dən daha çox əhəmiyyətli bir kanaldır, ancaq ABŞ xaricində CNN İnternational hələ də önəmli yalan xəbərlərin böyük bir mənbəyidir və millətimizi çox pis şəkildə dünyada təmsil edir", - deyəTramp keçən ayın sonunda bildirib.