Nyu-York polisi Manhettendə partlayış baş verdiyini açıqlayıb. Nyu-York polisi Manhettendə partlayış baş verdiyini açıqlayıb.

Nyu-Yorkda partlayış - Yaralanan var + Yenilənib

Nyu-York polisi Manhettendə partlayış baş verdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində bildirib. Məlumata görə səbəbi bilinməyən partlayışa müdaxilə edilir. Bəzi metro xətləri boşaldılır. Hadisənin təfərrüatı haqqında əlavə məlumat veriləcək.

17:22

***

Manhettennin mərkəzində avtobus dayanacağında baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Nyu-York polisi məlumat yayıb. Əldə düzəldilən bomba avtobus terminalının yanında quraşdırılıb. CNN-in məlumatına görə, şübhəli şəxs partlayıcı qurğu ilə metro stansiyasına girməyə çalışıb, lakin tutulub. Hadisənin təfərrüatı hələ də məlum deyil.