09:28
(077) 610-22-33

Sarkisyanın andiçmə mərasimi apreldə keçiriləcək

  • >
494 27 Fevral 2013 17:25 | Dünya

Aprelin 9-da Ermənistan prezidenti Serj Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək. APA-nın "Arminfo" saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentin spikeri Ovik Abramyan bildirib. O deyib ki, həmin gün Ermənistan hökuməti tam tərkibdə istefaya gedəcək. Konstitusiyaya əsasən prezident bir ay ərzində yeni hökumətin tərkibini müəyyən etməlidir.

Xatırladaq ki, S. Sarkisyan fevralın 18-də keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən 58.64% səs toplayaraq yenidən prezident seçilib.

AzNews.az
Bağla X