ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyindən narahatdır. ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyindən narahatdır.

ABŞ Türkiyənin Rusiyadan “S-400” komplekslərini alacağından narahatdır

ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyindən narahatdır.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib.

“Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı bizi çox narahat edir. Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Bir çox sahələr üzrə, “S-400” də daxil olmaqla narahatlığımızı ifadə etməkdə davam edirik. Bu türklərlə apardığımız danışıqların bir hissəsidir”, - deyə o Senatın beynəlxalq işlər komitəsində çıxışı zamanı bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.