Ekvador prezidentinin köməkçisi Corc Qlas korrupsiya və rüşvət qalmaqalı üçün 6 il həbs cəzasına məhkum olunub. Ekvador prezidentinin köməkçisi Corc Qlas korrupsiya və rüşvət qalmaqalı üçün 6 il həbs cəzasına məhkum olunub.

Prezidentin köməkçisi külli miqdarda rüşvətə görə həbs edildi 6 il

Ekvador prezidentinin köməkçisi Corc Qlas korrupsiya və rüşvət qalmaqalı üçün 6 il həbs cəzasına məhkum olunub.

AzNews.az xarici mediaya istinadən bildirir ki, Qlas Latın Amerikasında yayılan rüşvət skandaldında cəza alan ən yüksək rütbəli siyasətçidir. Prokurorluğun açıqlamasına görə, Corc Qlas 13,5 milyon dollar rüşvət alıb.

Qeyd edək ki, Ekvador Konqresi oktyabr ayından bu yana nəzarətdə saxlanılan Qlasın toxunulmazlığını ləğv etsə də prezident köməkçisi olaraq qalmasına icazə vermişdi. Qlas isə ona istiqamətlənən bütün ittihamları rədd edərək bu qərara etiraz edəcəyini açıqlamışdı.

12 ölkədə 788 milyon dollar rüşvət

Braziliyanın inşaat nəhəngi Odebreçt şirkəti ictima tenderi udmaq üçün 12 ölkədə ümumən 788 milyon dollar rüşvət verdiyini qəbul etmişdi. Şirkətin Ekvadordakı idarəçisi Cous Santos da prokurorluqla anlaşdıqdan sonra ölkədəki infrastruktur tenderlərini almaq üçün şirkətin 2007-ci ildən bu yana 33,5 milyon dollar rüşvət verdiyini söyləmişdi.

Prokurorlar Qlasın əmisi Rikardo Rivera vasitəsilə rüşvət aldığını bildirib. Ona görə, Rivera da qalmaqalda 6 il həbs cəzası alan dörd nəfərdən biridir. Qlası prezident köməkçisi vəzifəsinə gətirən keçmiş Ekvador prezidenti Rafael Korrea isə bu iddianın siyasi olduğuna inanır.

Odebreçt skandalı Meksika, Peru, Panama və şirkətin mərkəzinin yerləşdiyi Braziliyada bəzı siyasətçilərin sui-istifadə maddələri ilə ittiham edilməsinə səbəb olub.